“Yeni nəfəs” qiraət müsabiqəsi təşkil olunub

Oxunma sayı:131

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Nəsimi – 650” adlı layihə çərçivəsində Gəncliyə Yardım Fondunun “H.Z.Tağıyev zalı”nda dekarın 23-də “Yeni nəfəs” adlı qiraət müsabiqəsi təşkil olunub. 

Bizim Yazı xəbər verir ki, tədbiri giriş sözü ilə açan DGTYB-nin başqanı İntiqam Yaşar qonaqları salamlayaraq bildirib: “Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2019-cu il “Nəsimi ili” elan olunmaqla ölkədə və ölkədən kənarda çoxsaylı tədbirlər həyata keçirildi. Bu gün toplaşdığımız tədbir də bu istqamətdə həyata keçirilən tədbirlərdən biridir. DGTYB-nin “Nəsimi – 650” adlı layihə çərçivəsində təşkil etdiyi  “Yeni nəfəs” qiraət müsabiqəsi bizim dördüncü tədbirimizdir. Bundan öncə Bakı Konqres Mərkəzində, Zirvə Tədris Mərkəzində, ADPU-nun Şamaxı filialında bu layihə çərçivəsində çox yüksək səviyyədə tədbirlərimiz baş tutdu”.

 Bundan sonra söz gənc qiraətçilərə verilib. Çıxış edən iştirakçılar Azərbaycan ədəbiyyatından müxtəlif ədəbi nümunələr səsləndiriblər.

Çıxışlar bitdikdən sonra Azərbaycan Respublikasının Xalq artisti Eldost Bayramın rəhbərliyi ilə Əməkdar artist Azad Şükürov, ADMİU-nun dosenti Nadir Hüseynovyazıçı-publisist Kənan Hacıdan  ibarət münsiflər heyəti gənc qiraətçilərin çıxışlarını qiymətləndiriblər. 

Verilən ballara uyğun olaraq birinci yerin qalibi Həsən Kür, ikinci yerin qalibi Cəmil Cəmilbəyli, üçüncü yerin qalibi isə Aytac Hümbətova olub. 

 Tədbirdə qonaq qismində iştirak edən qiraətçilərdən Xəzər Süleymanlı, Anar Adil, Ləman Nur, Müşfiqə Baləddinqızı, Elvin Əlizadə və başqalarının çıxışları da tədbir iştirakçılarının marağına səbəb olub. 

Daha sonra müsabiqə qalibləri mükafatlandırılıb, digər iştirakçılara isə fəallıqlarına görə diplomlar təqdim olunub. 

Sonda DGTYB başqanı İntiqam Yaşar bütün iştirakçılara və münsiflər heyətinə öz təşəkkürünü bildirib.

Xatirə şəkli çəkilməklə tədbirə yekun vurulub.

DGTYB-nin Mətbuat Xidməti

Yorum yapın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.