Türk dünyasının mədəniyyət paytaxtı bəlli oldu

Oxunma sayı:38

2020-ci il Türk dünyasının mədəniyyət paytaxtı Özbəkistanın Xivə şəhəri seçilib.

Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyindən verilən məlumata görə, bu barədə TURKSOY-a  üzv dövlətlərin 37-ci iclasında bildirilib.

Bizim Yazı xəbər verir ki, qərar Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Türmənistan nümayəndələri tərəfindən yekdilliklə qəbul olunub.

Hazırda Oş şəhəri (Qırğızıstan) mədəniyyət paytaxtı statusuna sahibdir. Türk dünyasının ilk mədəniyyət paytaxtı isə 2012-ci ildə Astana olub.

Bundan başqa, bu titula Azərbaycanın Şəki, Türkiyənin Kastamonu, Qazaxıstanın Türküstan, Türkmənistanın Marı və RF-da yerləşən Tatarıstanın Kazan şəhəri layiq görülüblər.

Yorum yapın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.