Gözlərində soyuq gecə…

Oxunma sayı:4905

Dərya Ağdəmir

1978–ci ildə İğdırda doğulub. “ANKA” Azərbaycan Rəqs və Sənət Klubunun başçısıdır. “Susdum” adlı ilk şeirlər kitabı çapa hazırlanır.

ALIN YAZIM

Alın yazım məni
Tərk edib gedəndə
Geridə heç nə qoymadı;
Nə bir qurumuş gül
Nə də gözyaşı.
Bir müəmma idi mi bu,
Bilmirəm.
Həsrətin vurdu sahilə,
Sənsizliyi daşıya bilmirəm.

KÖNÜL

Qoy könlüm sevdanla
xaraba qalsın nə olar?
Gözlərində soyuq gecə
başlamışdı onsuz da.
Ey könül!
Yenə hansı səhvlərin axtarışındasan?
Hicranların başa çatmamış
Gedəndə tərk etdiyim yerdəsən.
Fəsillərin korluğu,
Ürəyimdəki sancı
Necə dəyişdirə bilər,
İçimdə əbədi gizlətdiklərimi?

Dostlarım

Keçirəm xaraba yollardan
Daş səkilərmi
Yoxsa sevdamı məni yandırır, məchul.
Eşq dediyin ürək yandırar, dayanmaz məlul.
Kədərin ortasında qalmışam
Sağım, solum çillə…Keçilməz.
Cibimdə beş qəpiyim yox,
Bu havalarda buralara baha biçilməz.
Yar eşqi dəryada gəzər,
Bilməz bu fəryad mənim canımda.
Acıların getgəlində gözlərdə yaşlar,
Ahəstə könül gecənin qaranlığında
Məst olub rəqsinə başlar…
Aşiqanə könül sevər məhəbbəti,
Dostlarım, könül dostlarım,
Aparın yanınıza məni müvəqqəti!

HƏYAT SUSSUN

Qucaqlayacaq qədər yaxın
Uzağımda dayanmağı unudacaq qədər sevdalı
İstər vəfalı, istər vəfasız.
Dəryada axtarmağa başladım səni.
Axtardım və yoruldum uşaq
Ürəyimin uçurumundan atdım özümü,
Parça – parçayam.
Min yerə bölünsəm də bir Deryayam
Bir sevdayam, bir ümüdəm yenə.
Silahdan çıxan sonuncu güllə olsa da
Gözlərimdə öldürüb öldürüb diriltdiklərimçün
Say nəğmələri
Və susma sussan ölər bu ruh.
Ölər, çürüyər.
Gəl, arxa tərəfdə gizləmpaç oyna mənimlə
çirkli əllərimizi uşaq ciblərimizdə gəzdirək.
Gəzdirək, qoy həyat sussun biz yox.

GECƏNİN ŞAXTASI

Nə vaxt ki, gecənin şaxtası
Gəlib girdi qoynuma
Günəş həsrət qaldı sevdaya
Nə vaxt gecənin rüzgarını yaladı ayaqlarım.
Nəfəsinlə titrədim,sən yox idin.
Gözlərimdən incilər boşaldı könlümə
Alıb başını getmək istədim məchullara.
Nə sənin yanına gələcək qədər haqlı
Nə səndən uzaq duracaq qədər haqsız.
İncə – incə bir sızıltı göyərtdim ürəyimdə xəbərin olmadı…

Uyğunlaşdıran: Oktay Hacımusalı

Yorum yapın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.