Saxa (Yakutiya) İl Tüməninin üzvü Bakıda təltif edildi

Oxunma sayı:5714

Alish Memmed- Saxa

Bugünlərdə Saxa (Yakutiya) Respublikasının Fəxri vətəndaşı, Saxa (Yakutiya) Dövlət Məclisinin (İl Tüməninin) deputatı, soydaşımız Əliş Məmmədova Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) yeni təsis olunmuş medalı təqdim olunub.
AVMVB sədri Füzuli Rzaquliyev çıxış edərək, təqdimatda Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin məsləhətçisi Rasim Mirzəyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Rəhimoğlu, Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı və AVMVB seçkili orqanları üzvlərinin iştirak etdiyini bildirib.
Uzun müddətdir Saxa (Yakutiya) Respublikasında yaşayan və uğurlu fəaliyyət göstərən, ayyarım öncə keçirilən növbəti parlament seçkisində yüksək səslə yenidən mandat qazanan Əliş Məmmədovun bu il həm də, 60 yaşının tamam olmasını vurğulayn təqdimat iştirakçıları onu təbrik edib, yeni uğurlar arzulayıb. Hörmətli soydaşımızın Saxa ilə Azərbaycan arasında ictimai-mədəni ilişkilərin güclənməsi işinə töhfələri, Saxada Azərbaycan mədəniyyətinin təbliği sahəsində atdığı addımlar haqqında söz açan çıxışçılar, onun çalışmalarının bir çox diaspor təmsilçimiz üçün də örnək olduğunu qeyd edib. Saxa (Yakutiya) Yazıçılar Birliyinin başqanı, Xalq şairi Natalya Xarlampyevanın bu il Bakıda şeirlər kitabının gün üzü görməsi, habelə Saxa ədəbiyyatının 125 yaşlı klassiki Platon Oyunskinin bir neçə əsərinin “Qırmızı Şaman” adı ilə bugünlərdə Bakıda kitablaşdırılacağı və hər iki kitabın nəşrinin Əliş Məmmədovun dəstəyi ilə gerçəkləşdiyi şükranlıqla qeyd olunub.
Təltif üçün təşəkkür edən Saxa Dövlət Məclisinin üzvü Əliş Məmmədov, “dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir soydaşımız doğma Vətənə, torpağa bağlı olmalıdır” deyərək, uzaq və soyuq Saxa torpağında yaşayan həmvətənlərimizin ürəyinin Azərbaycanla bir vurdğunu qeyd edib, onların salamlarını çatdırıb.

Yorum yapın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.