DGTYB BƏRDƏ VƏ ŞƏMKİRDƏ GÖRÜŞ KEÇİRİB – Video

BY Berde1Görüşlər QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində baş tutub

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “YARADICILIQ ÜFÜQLƏRİ: GƏNC YAZARLAR ÜÇÜN TOPLANTILARIN TƏŞKİLİ” adlı layihə çərçivəsində, bölgə yazarları ilə görüşlərə start verib. Bugünlərdə Bərdədə – Elektron Kitabxanda və Şəmkirdə – Heydər Əliyev Mərkəzində keçirilən ilk tədbirlərdə adıkeçən rayonlarda yaşayan yazarlar, orta məktəblərin dil-ədəbiyyat müəllimləri, şeir-sənət dostları, məktəblilər iştirak edib. Növbəti görüşlər bu ay içində Şamaxı və Abşeron rayonları üzrə, gələn ay isə nəhayət Sumqayıt və Bakıda keçiriləcək.

Qeyd edək ki, tədbirlər
– İstedadlı yeniyetmə və gəncləri (perspektiv vəd edən yazarları) üzə çıxarmaq;
– İstedadlı, perspektiv vəd edən yeniyetmə və gənclərin yaracılıq məhsullarının ictimai diqqətə gəlməsinə nail olmaq;
– Bölgələrdə yaşayan, yaradıcılıq potensialı olan yeniyetmə və gənci bir-birləri ilə və patyaxtdakı yaradıcı həmyaşıdları ilə tanış etmək;
– DGTYB-nin daha öncəki layihələri ilə üzə çıxarılmış istedadlı gənc yazarların ədəbi gündəmi, yaradıcılıq üfüqləri ilə yaxından tanış olmaq – onları, bir növ, mənəvi hesabatlılığa cəlb etmək;
– Ədəbiyyat təsərrüfatımızın canlanmasına dəstək olmaq, DGTYB-nin bir yaradıcılıq qurumu olaraq institusional inkişafını təmin etmək və s. kimi məqsəd və vəzifələri daşıyır.

İKT-nin imkanları, eləcə də, DGTYB-nin bölgələrdə yaşayan üzvlərinin verdiyi bilgilər əsasında (layihə çərçivəsində, eləcə də, yeni layihələrlə) əhatə dairəsi genişləndiriləcək.
Bakıdan getmiş heyət üzvləri layihənin məram-məqsədi haqqında danışdıqdan sonra, Bərdə və yaxın rayonları təmsil edən gənc yazarlardan Valeh Qoca, QƏLBİNUR, Davud Fərhad, DGTYB Bərdə koordinatoru İlham İsmixanoğlu, şair Zabil Təcnis, Nadir Qədimli, Nazim Yaquboğlu, araşdırmaçı-yazar Şöhrət Eyvazlı, TALIB, Bərdənin qocaman şairləri Dədə Telman, İsa Sevər, Qabil Əsəd və b.,
Şəmkirdə və yaxın rayonları təmsil edən gənc yazarlardan Məhəmməd Turan, Bəndalı Coşğun, DGTYB koordinatorları Elməddin Nicat, Taleh Mansur, şair Müzadil Aqil, Səbuhi İsrail, Şəmkirli qocaman şair Məzahir Hüseynzadə və b.-ları bölgə yazarlarının uğurları, problemləri barədə danışıb.
Bərdədə, rayon İcra Hakimiyyətinin məsul işçisi Fəxrəddin Əziz, Şəmkirdə, Heydər Əliyev Mərkəzinin texniki direktoru Fəxri Yusubov, Mərkəzin məsul əməkdaşı Arzu Həsənova tədbirlərdə iştirak və çıxış edib.BY Shemkir
Bölgələrə səfərlər zamanı kitab mübadiləsi həyata keçirilib, gənc yazarların şeirləri dinlənilib.

Çıxışlarda qeyd olunub ki, layihə, yeniyetmə və gənclərdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsinə xidmət edir. Və… yaradıcılıq hər nə qədər fərdi xarakter daşıyıb, fərdin daxili azadlıq aktı olsa da, özünə münasibət görüncə, münbit mühitdə iştirakçı olunca daha da inkişaf edir, yeni üfüqlər qazanır. Uşaq və yeniyetmələr orta məktəblərdə müvafiq tədris proqramı əsasında oxuyub, bəzən, təhsil və mədəniyyət müəssisələrinin tədbirlərində iştirak etsə də, təcrübəli QHT-lərin yeni nəsil aydınlarının iştirakı ilə həyata keçirdiyi layihələrsə qeyri-ənənəviliyi, fərqli üsul və metodologiyası ilə diqqəti cəlb edir. Beləki, yeniyetmə və gənclərin hər gün, hər həftə gördüyü müəllimlərdən fərqli olaraq, onlarla ilk dəfə görüşən və rəsmi münasibətlər sistemində olmayan şəxslərin azad fikir mübadiləsində olması, onların yazdığını fərqləndirməsi yeni ovqat, həvəs yaradır. Əlbəttə, söhbət ötəri olmayan, milli donorun dəstəklədiyi, davamlılıq xarakteri daşıyan sistemli yanaşmadan gedir.BY Shemkir1.1
Əlbəttə, təqdimatlar, ilk çıxış həyəcanı, yarış ruhu, fərqli müsabiqələr, qalibiyyət hissi… yaşından asılı olmayaraq, hər kəs üçün maraqlı, dirəniş gücü verən, yeniliyə, gələcəyə qanadlandıran olaydır.
Görüş¬dü¬rülən və görüşdürülməsi nəzərdə tutulan iştirakçıların çoxu, yaşları və bölgələrdə yaşamaqları etibarı ilə həm bir-birləri ilə yaxın təmaslarda bulunmamış, fikir alış-verişində ola bilməmiş, həm də bir-birlərinin yaradıcılığı ilə yetərincə tanış olmamışdır. Burada məsələnin “problem”liyi, söhbətin məhz yeniyetmələrdən, gənclərdən – yaradıcılıq yolunda olanlardan get-məsidir; onların bir-birləri ilə təmasının səviyyəsi nə qədər yüksək olarsa, ölkə mədəniyyətinə, ədəbiyyat təsərrüfatına, eləcə də bir-birlərinə töhfələri daha aydın, üstün olar. Onlar arasındakı bəzən sistemsiz əlaqələrin aradan qaldırılması, ən yeni yaradıcı nəslin tamlıqla meydana çıx¬masına öz müsbət təsirini göstərəcəkdir.

Belə olan halda, problem kimi təsnif olunan məsələnin “nə”liyi, “necə”liyi daha aydın açılır. Bəzən ailənin fərq etmədiyi, yaxud “müəllimin (məktəbin, müəssisənin, mühitin…) tələbləri siyahısından qıraqda bir məsələ” kimi qalan (diqqəti cəlb etməyən) yaradıcılıq həvəsi zamanla haqq etdiyi yeri itirir. İstedadlı bir yeniyetmənin, gəncin hələ kövrək yaradıcılıq aktı ictimai diqqətə gəlincə, yeni təkliflər meydana çıxınca, adları, yaradıcılıq məhsulları dərgi, sayt və toplularda yer alınca, onlar zamanla radio, TV-lərin efirində, ekranında görününcə (üstəlik, zamanla fərqlənmələr, təltiflər, ödüllər də işin içinə girincə…), bu bəlkə də onların sənət yolunu müəyyənləşdirmiş olur; bir sözlə, mədəniyyətimiz yeni bir imza qazanmış olur. DGTYB Shemkir1

Əlavə edək ki, DGTYB-nin 18 illik tarixi ərzində uluslararası səviyyədə olduğu kimi, respublikamızın bölgələrində yaşayıb-yaradan gənc yazarlarla iş sahəsində də zəhgin təcrübə qazanıb. Bu anlamda, özəlliklə bölgə gənclərinə yönəlik layihələri – “Bölglərdə yaşayan yaradıcı gənclərlə görüşlər” (2012), “Gənc yazarların Bakı görüşü” (2013), “Paytaxtdan bölgələrə… Bölgələrdən paytaxta…” (2014), “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” (2015) layihələrini fərqləndirmək olar.

Oxunma sayı: 263

Leave a Reply