Ana səhifə YAZILAR Təranə TURAN uluslararası yarışmanın qalibi olub

Təranə TURAN uluslararası yarışmanın qalibi olub

Müəllif: Bizim Yazı
1. 050 baxış

26 aprel 2017-ci il tarixində İtaliyanın güney bölgəsində böyük Kalabriya inzibati ərazisinin Torre Melissa şəhərində keçirilən “VELIERO” Uluslararası Ədəbiyyat və Kinomatoqrafiya Yarışmasının sonucları açıqlanıb. “Fikir yazılır və yazı film vasitəsilə həyata gəlir” devizi ilə işə başlayan yarışmada Alabaniya, İtaliya, Yunanıstan, Polşa, Azərbaycan, Kosovo, Belçika, Rumıniya, Nigeriya, Türkiyə, Macarıstan, Puerto, Hindistan, Meksika, Qvatemala, Avstriya yazıçıları və incəsənət xadimləri iştirak edib. (Yarışmanın Təşkilat Komitəsi: İtaliyada “VELIERO” Mədəniyyət Assosiasiyasının prezidenti Françeska Qallello, vitse-prezident Nik Mankuzo, Dünya üzrə Poeziya elçisi Dante Maffia, Dünya üzrə Musiqi elçisi İtalo Qomez).TTR-2
Uluslararası Yarışmada, poeziya bölməsinə yazıçı, jurnalist, tənqidçi, Nobel ödülü namizədi, Streza ədəbi ödülünü almış Dante Maffia, Kinomatoqrafiya bölməsinə dünya şöhrətli aktyor, rejissor, prodüsser və teatr-kino tənqidçisi Nik Mankuzo, Musiqi bölməsinə Milan La Skala teatrının bədii rəhbəri, Venesiya La Feliçe və Biannale teatrlarının keçmiş bədii rəhbəri violonçelist, sənətşünas, səs rejissoru maestro İtalo Qomez başçılıq edib. Münsiflər heyətində bölmə başçıları ilə birgə şair, nasir, jurnalist Nikolle Loka, televiziya rejissoru, prodüsser, ssenarist və sənədli film rejissoru Qiusy Reqalino, kino və televiziya aktyoru, Romada Menendri Məktəbi teatrının bədii rəhbəri Mino Sferra, Paqliarelle teatrının direktoru və bədii rəhbəri Rodolfo Kalaminici, yazıçı, oçerk ustası, şair, jurnalist, ədəbiyyatşünas Gennaro Merkoqliano, şair, yazıçı, jurnalist, ədəbiyyatşünas Francesco Tarantino, peşəkar fotoqraf, rəssam Mimmo Aloise, yarışmanın məsul direktoru Franceska Qallello təmsil olunurdu.
TTR-3Müxtəlif ölkələrdən yarışmaya təqdim olunmuş çoxsaylı əsərlərin içərisindən daha layiqlilərini seçmək sürəcində münsiflər heyəti çətinliklə üzləşdiyini etiraf etsə də, ən çox bəyənilən sənət örnəklərini müəyyənləşdirib. Üluslararası Ədəbiyyat və Kinomatoqrafiya Yarışmasında Azərbaycanı təmsil edən Təranə Turan (Rəhimli) Poeziya bölməsi üzrə yarışmanın qalibi olub; şairin anasına ad etdiyi “Sənə yazmadığım şeir” adlı şeiri münsiflər heyəti tərəfindən fərqləndiriib. Şeiri italyan dilinə tanınmış italyan şairi Maria Miraqlia uğurla çevirib.
ADPUnun Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının dosenti, Dünya Gənc Türk Yazarlar Birliyi Gənəşinin (Məsləhət Şurasının) üzvü, KIBATEK üzvü, filoloq-alim, şair-publisist, çevirmən və ədəbiyyatşünas Təranə TURAN (Rəhimli) daha öncə Türkiyədə, İtaliyada da bir neçə ədəbi ödül alıb. Avropada möhtəşəm bir Uluslararası sənət yarışmasının qalibi olmağın sevincini yaşayan xanım yazar, yarışmada sənət dostları Aqron Şele (Albaniya), Emi Barri (İrlandiya), Roula Pollard (Yunanıstan), Alicja Kuberska (Polşa), Alicia Minjarez ( Meksika), Sandra Ssarmiento (Qvatemala) və başqalarının da layiqli əsərləri ilə digər nominasiyalar üzrə qalib olduğunu bildirib.TTR-4

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.