Çağdaş Azərbaycan şeiri gürcücə…

Oxunma sayı:610

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” adlı yeni layihənin icrasına start verilib. “Türk Dünyası İnfo” İctimai Birliyinin 3 ay müddətinə həyata keçirəcəyi bu layihə konkret olaraq, ədəbi ictimaiyyətin qəbul etdiyi Azərbaycan şairlərinin əsərlərinin xaricdə tanıdılması istiqamətini seçib.

Birliyin başqanı, tanınmış şair Dəyanət Osmanlı bldirib ki, istiqamət çağdaş Azərbaycan poeziyasının qonşu və dost ölkə olan Gürcüstanda ictimai, elmi, ədəbi mühitdə təbliğidir və Azərbaycan-Gürcüstan ədəbi-mədəni ilişkilərinin inkişafına kömək məqsədi daşıyır. Layihə çağdaş Azərbaycan ədəbiyyatının dəyərləndirilməsi baxımından qonşu Gürcüstanda ədəbi yaradıcılıqla məşğul olan insanlara, elmi-ədəbi ictimayyətə, ümumən geniş auditoriyaya, özəlliklə, yeni nəsil ədəbiyyatçılara ünvanlanıb. Azərbaycanda ədəbi ictimaiyyətin tanıdığı 10-15 istedadlı şairin şeirləri secilərək gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiyada kitablaşdırılacaq. Artıq bu yöndə zəruri işlərin bir qismi görülüb.
Kitab nəşr olunduqdan sonra Tiflisdə və Bakıda təqdimat törənləri keçiriləcək. Sözügedən kitabın nəşri ilə çağdaş Azərbaycan poeziyasının tanıtımı mövzusu ölkə mediasında və Gürcüstanda elmi, ədəbi-mədəni ictimaiyyətin diqqətinə təqdim olunacaq.

One thought on “Çağdaş Azərbaycan şeiri gürcücə…

  • 7 Oktyabr 2015 at 12:57
    Permalink

    Dövlət təşkilarlarımıza,xidməti olanların hamısına,ayrılıqda şair Dəyanət Osmanlı qardaşımıza təşəkkür edirik.

    Reply

Yorum yapın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.