Çingiz xan Əbədi Göy Səmaya, Mönq Kök Tenqriyə inanırdı

Oxunma sayı:4768

“O illəri günbəgün, saniyəbəsaniyə yaşadım…”

Söhbətdaşımız Dünya Gənc Türk Yazarlar Birliyi GƏNƏŞinin üzvü, Uluslararası Qaşqarlı Fondunun vitse-prezidenti, yazıçı-publisist CƏLALƏDDİN Qasımovdur.

– Cəlaləddin müəllim, bəlli olduğu kimi bir çox tarixçilər Çingiz xanın türk mənşəli olması barəsində yazır. Bu barədə siz nə deyə bilərsiniz?
– Çingiz xanın türk mənşəli olduğunu iddia edən alimlər çoxdur Mənim rastlaşdığım mötəbər tarixi mənbələrdə onun atası Esuqey Bahadır, anası Oelun eke, babası Baran bahadır, atasının babası Kabul xan olub. Bu adların hər birisi Türk adlarıdır. Ətrafda da Baykal gölü arasında oyratlar, Çunqariyada uyğurlar məskunlaşmışdılar. Uyğurların öz mədəniyyəti və yazısı vardı. Şərqi Türküstandan və Balxaş gölü rayonundan ibarət çox böyük ərazidə türk qəbilələrinin məskunlaşdığı Qara-Kitay dövləti yaranmışdı. Çingiz xan olduqca dindar adam idi. Əbədi Göy Səmaya, Mönq Kök Tenqriyə inanırdı. Temuçin iki dəfə qaçılmaz ölümdən xilas olmasını Əbədi Göy Səmanın onu öz ağuşuna alması ilə əlaqələndirirdi. O, işğal etdiyi ölkələrin dininə qarşı çıxmazdı. Heç bir dini bir birindən üstün tumazdı. Onun nəvələri isə İslam dinini qəbul etmişdi.

-Dünyaya meydan oxuyan 40 ölkəni diz çökdürən Monqolustan bu günkü gündə nəsli kəsilməkdədir. Bu necə ola bilər?
-Mən “Çingiz xanın xəzinəsi” kitabımda bu barədə geniş qeyd etmişəm. Hər bir millətin gücü, qüdrəti, varlığı və gələcəyi onun toxumundadır. Çingiz xanın ordusu isğal etdikləri ölkələrdə öz toxumunu yayaraq güclərini xeyli zəiflətmişdilər.

-Çingiz xanın ordusundan beş dəfə sayca artıq olan ölkələr, minillərlə tarixi olan Çin, İran kimi dövlətlər necə oldu ki, dünyaya meydan oxuyan Çingiz xana məğlub oldular?
-Cingiz xan orduda bir çox islahatlar aparmışdı. Həmin islahatlardan bəziləri aşağıdakılar idi:
1 – Bir qadına və çocuğa qılınc qaldırana ölüm.
2 -Yolçuya barınaq və yeyəcək verməyənə ölüm.
3 -Oğurluq (çalıntı) malı satana ölüm.
4 -Oğurluq olduğu bilinən malı alana ölüm.
5 -Çaparı (xəbərçini), elçini öldürənə ölüm.
6 -Savaşda qılınc buraxana ölüm.
7 -Qılınc buraxanın yoldaşına da ölüm.
8 -Fərarilik edən kişiyə ölüm.
9 -Təslim olan düşməni öldürən əsgərə ölüm.
10 -Erkəklə cinsi əlaqədə bulunan erkəyə ölüm.(hər ikisinə də)

-Uşaqlıq illərindən atasız böyüyən, yoxsulluq, səfalət yaşayan Çingiz xan necə bir – birinin ardınca belə sürətlə ölkələri işğal edərək onları öz nəzarəti altında saxlaya bildi? Heç bir savadı və təcrübəsi olmadığı halda onda bu güc hardan idi?
-Çingiz xan işğal etdiyi ölkələrdə Çin, Xarəzm, İran kimi inkişaf etmiş ölkələrdə birinci Çingiz xanın göstərişi ilə həkimləri, memarları, alimləri, sənətkarları birinci seçərək onları öldürmürdü. Onlar da bildiklərinden xalqa öyrədərək dərslər keçirdilər. Beləliklə, dünyanı, işğal etdiyi ölkələri onlardan öyrəndikləri ilə idarə edirdilər. Çingiz xanın ən etibarlı məsləhətçisi Çin alimi Yelisuka idi. Çingiz xan Çini işğal edərkən onunla tanış olur, ölənə qədər onun bildiklərindən istifadə edərək dövlət idarəçiliyinin bütün sahələrində uğurlar qazanmışdı.

-Bəlli olduğu kimi, Azərbaycanda Çingiz xanla bağlı ilk tarixi romani siz yazmısınız. Siz necə oldu ki, Monqolustana, Qazaxıstana getmədən kitabdakı tarixi faklari əldə etdiniz?
-Heç şübhəsiz ki, tarixi roman yazanda ilk öncə həmin dövrlə bağlı qələmə alınmış kitabları oxumaq məcburiyyətindəsən. Mən də bu yöndə bir sıra kitablar oxudum, mənbələri araşdırdım. İlk əlimə keçən kitab 1220-ci ilden monqollarla Sun imperiyası adından danışıqlara göndərilmiş Çjao Xun tərəfindən yazılmış kitab oldu. Basqa bir kitab isə Çingiz xanın oğulluğu Şiqi-Xutuxu tərəfindən 1240-cı ildə yazılmış Çingiz xanın zamanından Ugedeyin dövrünə kimi “qızıl nəslin” tarixini əks etdirən kitab oldu. Eyni zamanda Çingiz xanla bağlı çin və fars dillərindən rus dilinə tərcümə edilmiş bir sıra kitabları da mütaliə edib araşdırdım. Elə faklara rast gəldim ki, həmin faktlar nəinki məni Monqolustana, hətta 1200 – ci illərə apardı. O illəri günbəgün, saniyəbəsaniyə yaşadım. Azərbaycanın ən acı tarixini acı günlərini mən pis təsir etsə də, mən tariximizlə bir roman yazaraq bu faktları ortaya qoydum. Mən deyə bilərəm ki, Çingiz xan dünyanın tarixini dəyişdi. O, təkcə Çində, Xarəzmdə, Azərbaycanda bu qədər insan qətlə yetirməsəydi, bu günkü gündə dünyada 7 milyard yox, 17 milyard insan yaşayardı. Çingiz xan işğal etdiyi ölkələrdə onlara qarşı müqavimət olardısa, o, göstəriş vermişdi ki, uşaqdan qocaya hamı qətlə yetirilsin. Ağaclar belə kökündən qoparılmalıdır. Bir canlı belə yaşamamalıdır. Çingiz xanın ölümündən sonra oğlanları, nəvələri də eyni qəddarlığı edirdilər. Hətta onun nəslindən olan Toxtamış xan qəddarlığına gore cinqiz xandanda qedar idi
Toxtamış xan Qızıl Orda ilə Kulukova döyüşündə məğlubiyyətə uğradıqdan sonra Əmir Teymuru Qızıl ordaya dəstək çıxaraq öz ordusunun köməyi ilə Qızıl Ordanı yenidən gücləndirərək Toxtamış xanı Qızıl ordyaya xan elan edir. Qızıl orda yenidən güclənərək döyüşündə qalib gelir və Moskvanı yandırır. XIV yüzilin 80-ci illərində Azərbaycan iki təhlükə ilə üzləşdi. Şimaldan Qızıl Ordu hökmdarı Toxtamış xan, Doğudan isə Əmir Teymur Azərbaycanı işğal etməklə hədələyirdilər. Mərkəzi Asiyada qüdrətli hərbçi dövlət qurmuş Əmir Teymurun işğal hədəflərindən biri də Azərbaycan idi. Böyük bir ordu ilə 1385-ci ildə Azərbaycana daxil olan Əmir Teymur burada çox ləngimir. Mərkəzi Asiyada baş vermiş hadisələr onu geri qayıtmağa məcbur edir. Teymurun qayıtmasını fürsət bilən Toxtamış xan 1385-ci ildə 90 min nəfərlik qoşunla Dərbənddən Şirvana daxil olur və Təbrizə çatır. Şəhərin qorunmasına qalxan əhali 8 gün qəhrəmanlıqla müdafiə olunur. Durumu belə görən Toxtamış danışıqlar aparmaq məcburiyyətində qalır. Danışıqlar zamanı tərəflər arasında xərac vermək şərti ilə razılaşmaya inanan müdafiəçilər silahı yerə qoyurlar. Bu zaman Toxtamış xan hiyləyə əl atır və qoşunlarını şəhərə yeridir. Arxayınlaşan əhali ciddi müqavimət göstərə bilmir və şəhər işğal olunur. Təbrizdən sonra Marağanı tutub qarət edən Toxtamış yenidən Təbrizə qayıdır. Burada qoşunu dəstələrə bölür. Bir dəfə Mərənd və Naxçıvan tərəfə, digəri isə Əhər yolu ilə irəliləyir. Bu şəhərləri qətl-qarət edəndən sonra Qarabağda birləşən dəstələr öz yerlərinə qayıdırlar. Toxtamışın bu hücumu çoxlu qənimət və 200 min nəfərin əsir aparılması ilə nəticələnir. Bu qədər əsir aparılması Azərbaycanda işçi qüvvəsinə ciddi təsir edir.
Toxtamış xan üç dəfə Azərbaycanı işgal edir. Əmir Temurun əsarəti altında saxladığı ölkələrə Toxtamışın hücumundan əsəbiləşərək Əmir Temur bir dəfə Talyatidə, bir dəfə isə Dərbənd yaxınlığında Qızıl Ordanın qoşununun qarşısını kəsir. Elə ilk döyüşdə məğlub olacağını görüb Toxtamış xan Əmir Temurun qarşısında diz çökərək onu bağışlanmasını istəmişdi.

Söhbətləşdi: Oktay Hacımusalı

Yorum yapın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.