Bölmə arxivi: YAZILAR

“ZAMAN ÇATI”

Səfurə ÇƏRKƏZQIZInın hekayəsi

…Qadınlar həyətdə vurnuxur, qonşulardan daşıyıb gətirdikləri qab- qacaqları böyük bir ləyənin içərisindəki suda yuyub üzərinə  ağ süfrə salınmış köhnə, dəmir çarpayının üstünə düzürdülər.  Dörd-beş xeyir-şər qazanı da yuyulub həyətin əl-ayaqdan uzaq yerində- hissdən qaralmış ocaq daşlarının  yanında sırayla qoyulmuşdu. Boşqabların, çəngəl-bıçaqların cingiltisinə qadınların zarafatları, gülüşləri qarışırdı.  Kişilərsə  yaşıllıqda  örüklənmiş cöngələrin, boyunlarına  qırmızı yaylıq bağlanmış, quyruğundan yağ daman qoçların yan-yörəsinə  toplaşmışdı…
Bülöv daşına çəkilən bıçaqların “çığırtısı” məktəb zəngi kimi məhlənin bütün uşaqlarını bir yerə- kəsiləcək heyvanlara tamaşa eləməyə çağırdı.

Oxunma sayı: 82

CAVİDLƏR AYINDA YAZILAN YAZI

Əkbər QOŞALI

Oktyabr CAVİDLƏR AYIdır. Və mən CAVİDLƏR AYInın son günlərində “HÜ­SEYN CA­VİD sənətinin qüdrəti” adlı monoqrafiya ilə baş-başayam. Monoqrafiyanın müəllifi hörmətli Sona xanım Vəliyevadır. Nə gizlədim, belə kitablarla tanışlıq zamanı, şair-tər­cüməçi, Əməkdar incəsənət xadimi HİDAYƏTin ünlü “ÖZÜM YAZMAQ İSTƏRDİM” sözü yadıma düşür (Hİ­DAYƏT müəllim bu sözü tərcümə etdiyi əsərlər haqqında işlədib); bir də, rəhmətlik Vaqif Səmədoğlunun “Doğuldum 1939-da. 1937-də tutuldum” misralarını düşündüm Sona xanımın kitabını və­rəqlədikcə

Oxunma sayı: 122

“Şair özünün inanmadığı həqiqətə oxucunu inandıra bilməz.”

DGTYB Məsləhət Şurasının üzvü, şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Turan Rəhimli Amerika Birləşmiş Ştatlarında Our Poetry Archive Beynəlxalq Ədəbi Qurumu tərəfindən “Aprel ayının şairi” seçilib. Qurumun ədəbi jurnalı “Our Poetry Archive” Təranə Turan Rəhimli ilə geniş müsahibə dərc edib. Müsahibənin sualları jurnalın gələnəyinə uyğun olaraq müxtəlif ölkələrin – ABŞ, İtaliya, Polşa, Çexiya, İngiltərə və qardaş Türkiyənin tanınmış şairləri tərəfindən ünvanlanıb. Müsahibəni oxuyan ABŞ və Avropa sənətsevərləri şairə rəğbətlərini ifadə edib. Jurnalın aprel və may saylarında Təranə Turan Rəhimlinin özkeçmişi və şeirləri də yer alıb.

Oxunma sayı: 133

Böyüyüm, səni sevim…

 

AFƏT VİLƏŞSOY

Beşiyim – baxışların,
Ürəyin – olsun evim.
Məni uşaq kimi sev,
Böyüyüm səni sevim.

Oxunma sayı: 128