Bölmə arxivi: AŞIQ SƏNƏTİ

“Sənət meydanında imtahan olur”…

Ashiq Mirze BayramXalq şairi Hüseyn ARİFin dillər əzbəri olan (Aşıq Mirzə Bayramova ad edilmiş) “AY MİRZƏ DAYI” qoşmasını “BizimYAZI” oxucusuna təqdim edərkən, hər iki ustada, eləcə də, bu gözəl qoşmanı öz kamil ifası ilə ölmsüzləşdirmiş ustad Aşıq Əkbərə (Cəfərov) Tanrıdan rəhmət diləyirik

Mən beşikdə ikən telli sazınla
Laylamı sən çaldın, ay Mirzə dayı
Yenə dilləndirdin “Yanıq Kərəmi”
Canıma od saldın, ay Mirzə dayı.

Oxunma sayı: 1712

Şəki folklor mühitində aşıq sənətinin inkişafı (1960-90-cı illər)

Tural ADIŞİRİN (ŞƏKİ)
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

Molla Cümə və Şəki aşıqları

XX yüzildə Şəkidə aşıq sənəti təkcə Molla Cümə sənəti ilə sınırlı qalmır. Yüzilliyin əvvəllərində bu el nəğməkarının yaradıcılığı ədəbi mühiti nə qədər zənginləşdirsə də, Şəki aşıq mühitinin araşdırılması bu gün öz tədqiqatçısını gözləyir. Çünki bu ərazidə 20-ci illərdən sonra Molla Cümə sənəti üzərində köklənən Doduda Aşıq Paşa, Baş Göynükdə Aşıq Camal, Aşıq Əhmədiyyə, Aşıq Nəcəf, Aşıq İsmayıl, Aşıq Azad, Baş Layısqıda Aşıq Sirac, Aşıq Hacıbala, Aşıq Nəzir, Aşıq Məmməd, Aşıq Əhməd, Aşağı Layısqıda Aşıq Əhməd, Daşbulaqda Aşıq Şamil, Biləcikdə Aşıq Musa, Şində Aşıq Güləhməd, Şabalıdda Aşıq Əhməd, Cəfərəbadda Aşıq Müğüm, Kiçik Dəhnədən Aşıq Həbillah, Aşıq Zeynal,Böyük Dəhnədən Aşıq Musabala, Şəki şəhərində Aşıq Sakit kimi saz-söz sənətini sevib yaşadanlar ömür sürmüşlər.

Oxunma sayı: 880

“Aşıq sənəti Azərbaycan dövlətinin milli mədəniyyət siyasətinin tərkib hissəsidir”

“Saz və balabanı Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimsəməsindən qoruyaq” adlı layihənin təqdimatı oldu

Oxunma sayı: 852

Aşıq Ələsgər irsində sufizm

Camal Mustafayevin yeni kitabı işıq üzü görüb

Fəlsəfə elmləri doktoru, professor, Borçalı ağsaqqalı Camal Mustafayevin yeni kitabı çap olunub. Borçalı İctimai Cəmiyyətinin təşəbbüsü ilə ərsəyə gələn “Aşıq Ələsgər irsində sufizm” kitabı “Dədə Camal” məclisində təqdim olunub.

Oxunma sayı: 1373